1 aprel 2014 11:01
İnterin saytı Nikolovun bəsirətindən yazdı
"İnter"in rəsmi saytı maraqlı bir məlumat paylaşıb. Azerisport.az sizi həmin xəbərlə tanış edir:
“İnter” - “Rəvan” matçının təxirə salınmasının, deyəsən, “bankirlər"in prezidentinin anadangəlmə pessimistliyi ilə əlaqəsi var. Belə ki, oyundan öncəki qeyri-rəsmi görüşdə Georgi Nikolov demişdi: “Nəsə qələbəyə inanmıram. Martın sonunda qış çovğunu olacağı daha inandırıcıdı, nəinki “Rəvan” üzərində qələbə...”.
Yekunda hər ikisi oldu ki, bu da Nikolovun bəsirətini şübhə altına aldı".
