1 aprel 2014 11:11
Elnur Allahverdiyev: Legionerlər sanki oynamaq istəmir
“Qəbələ”nin futbolçusu Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində TPL-in 28-ci turunda "Qarabağ"a məğlubiyyət və bu oyunda meydandan qovulması barədə danışıb:
- Azərbaycan Kubokundakı qələbədən sonra “Qarabağ”a bu hesabla uduzmağınız gözlənilməz oldu...
- Özümüz bu hesabla uduzacağımızı gözləmirdik. Oyunumuz alınmadı. Komanda sanki qara zolağa düşüb. Hər bir görüşə qələbə üçün çıxırıq, amma oyun alınmır. Meydanda qol vurmaq üçün əlimizdən gələni edirik, yenə qalib gələ bilmirik. Yəqin, komandamızda çatışmazlıqlar var. Bu barədə düşünmək lazımdır.
- Hər halda, qış fasiləsindən sonra “Qəbələ” qələbə üzünə həsrətdir...
- Heç kimi ittiham etmək istəmirəm. Hər məğlubiyyətdən sonra özümə yer tapa bilmirəm. Komandanın gözəl şəraiti var. Biz belə uduzmamalıyıq. Bəzi legionerlər sanki oynamaq istəmir. Bilmirəm, nə baş verir... Amma oyunları alınmır.
- “Qarabağ” “Qəbələ”yə asanlıqla 3 qol vurdu. Yəqin, onlar daha yaxşı hazırlaşmışdılar...
- “Qarabağ”ın qələbəsində də əsas rolu legionerlər oynadı. Hamı bilir ki, legionerlər komandanın gücünə güc əlavə edib. Amma biz də alınmır. Problem nədədir, bilmirəm. Belə məğlubiyyətlər həm futbolçulara, həm də azarkeşlərə təsir edir. Belə məğlubiyyətlərdən sonra oynamaq çətindir.
- Qırmızı vərəqə almağın “Qəbələ”nin oyununa təsir etdi?
- Mən qırmızı vərəqə alanda artıq iki qol buraxmışdıq. Təəssüf ki, hansı səbəbə meydandan qovulmağım mənə aydın olmadı. Sərt mübarizə aparırsan, dərhal vərəqə göstərirlər. Rahat oynamağa imkan vermirlər. Bu gün meydandan qovulmağımın səbəbi mənə məlum olmadı.
- Belə davam etsə “Qəbələ” avrokuboklardan kənarda qala bilər...
- Azərbaycan Kubokunda mübarizəni davam etdiririk. Ona görə düşünməyə, nəticə çıxarmağa hələ vaxtımız var. Komandamızın heyəti yaxşıdır. Onda niyə oyunumuz alınmır? Axı hər şey bizdən asılıdır. “Qəbələ” belə məğlubiyyətlərə layiq deyil. Nə qədər gec deyil, nəticə çıxarmaq lazımdır.
- Komanda avrokuboka vəsiqə qazanmasa, günah kimdə olacaq?
- Uğursuzluğa görə bütün komanda cavab verir. Biz imkan vermərik ki, avrokuboklarsız qalaq. “Qəbələ” özünə gəlməlidir. Bundan sonra yaxşı olacaq. Nəticə də qazanarıq.
- “Qarabağ”ın çempion olacağını artıq söyləmək mümkündür?
- 10 xal irəlidə olmaq, ciddi nəticədir. Bu fərqi aradan qaldırmaq çətindir. “Qarabağ” hər oyuna rahat çıxır. Fikrimcə, belə getsə, qızıl medallar onların olacaq. Etiraf edək ki, yaxşı oynayırlar. Ona görə də bütün rəqiblərin üzərində qələbə qazanırlar.