1 aprel 2014 21:22
Fariz Nəcəfov: Syominə iradımız yoxdur
Qəbələnin vitse-prezidenti Fariz Nəcəfov klub rəhbərliyi tərəfindən qarşısına qoyulmuş tapşırıqları hələlik yerinə yetirə bilməyən komandanın baş məşqçisi Yuri Syominə münasibətdə dəstək nümayiş etdirib. Azerisport.az xəbər verir ki, Nəcəfov bunları söyləyib:
“Yuri Pavloviçə heç bir iradımız yoxdur. Düşünürəm ki, hər şey yaxşı olacaq və qələbələrin ardı gələcək. Bizim avrokuboklara düşmək şansımız hələlik qalır”.
Syomin “Qəbələ”nin sükanı arxasına 2013-cü ilin may ayında keçib. Rusiyalı mütəxəssisin növbəti mövsümdə komandaya rəhbərlik edəcəyinə dair suala Nəcəfov belə cavab verib: Bu haqda biz hələlik heç bir qərara gəlməmişik”.
Nəcəfov qışda icarə əsasında “Portu”dan “Qəbələ”yə keçmiş Marat İzmaylov haqda da danışıb: “O, tədricən idman formasını yığır. Son oyunlarda fiziki formasında çatışmazlıq səbəbi ilə iştirak etməyib. Hər halda, mövsümün ilk yarısında Marat “Portu”da demək olar ki, oynamayıb”.
“Qəbələ”nin 2014-cü ildəki uğursuz nəticələrini Nəcəfov aparıcı futbolçuların bəzilərinin qışda idman formasının itirməsi ilə əlaqələndirib.
(İTAR-TASS)
