1 aprel 2014 21:00
Yunisoğlusuz Dənizlispor məğlub oldu
Bu gün Türkiyədə Birinci Divizionun 33-cü tur oyunları keçirilir. Azerisport.az xəbər verir ki, futbolçumuz Saşa Yunisoğlunun komandası “Tekden Denizlispor” səfərdə “İstanbul BB” komandası ilə üz-üzə gəlib və 0:1 hesablı məğlubiyyətə uğrayıb.
Yunisoğlu yenidən iştirak ərizəsindən kənarda qalıb.
Hazırda “Tekden Denizlispor” 37 xalla yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
