1 aprel 2014 19:33
Qəbələ Xəzər Lənkəran ilə oyuna hazırlaşır
"Qarabağ" - "Qəbələ" (3:0) matçının ardından 1 günlük istirahətə buraxılan "qırmızı-qaralar" bugündən etibarən növbəti - 29-cu tur çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" ilə qarşılaşmanın hazırlığına start verib. Azerisport.az xəbər verir ki, Yuri Syominin rəhbərliyi altında "Bakı" Futbol Klubunun təlim-məşq bazasında baş tutan məşq prosesinə zədəsi olan Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç qatılmayıb. Futbolçular məşq boyunca müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər.
Xatırladaq ki, "Xəzər Lənkəran" - "Qəbələ" qarşılaşması aprelin 5-də Lənkəran Şəhər Stadionunda baş tutacaq.
