1 aprel 2014 19:10
Rəvan Sumqayıtla matçın hazırlıqlarına başladı
"Rəvan” Topaz Premyer Liqasının 29-cu turunda "Sumqayıt”ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, komanda artıq aprelin 4-nə təyin edilən görüş üçün hazırlıqlara başlayıb.
"Bayıl Arena”da keçirilən məşqdə dünən "İnter”lə oyunda meydana çıxanlar bərpa prosesini keçibsə, yerdə qalan futbolçular ümumi qrupda hazırlaşıb. Komandada zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirir. Cəzasını başa vuran Mişel Balokoq da "Sumqayıt” ilə matçda forma geyə biləcək. (klub saytı)
