1 aprel 2014 17:17
Klinsmann: Foqtsu hələ DÇ-2006 ərəfəsində dəvət etmək istəyirdim
ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann millimizin baş məşqçisi Berti Foqtsun Braziliyada keçiriləcək DÇ ərəfəsində özünün köməkçisi vəzifəsinə təyin edilməsini şərh edib:
“Mən Berti ilə belə bir mümkünat haqda bir neçə dəfə danışmışam. Bu qərar öz-özünə verilməyib. Əslində, mən bu ideyanı demək olar ki, on il yetişdirmişəm. Mən Almaniya yığmasında işləyəndə Bertini komandanın texniki direktoru qismində görmək istəyirdim”.
