1 aprel 2014 15:22

Tahir Süleymanov: Heç kim Neftçini İraqa çevirə bilməz

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına müsahibəsində fikrincə, AFFA İntizam Komitəsinin ikili standartlarından və mövsümün qalan hissəsinə komandasının tapşırıqlarından danışıb:
“Orxan Sadıqlının jestinə görə onu günahlandırmaq və hər hansı cəza tələb etmək istəmirəm. Ümid edirəm ki, nə Şükürov, nə də Sadıqlı belə bir jesti daha göstərməyəcəklər. Sadəcə, qeyd etmək istərdim ki, AFFA İK növbəti dəfə göstərdi ki, bizə münasibətdə ikili standartlar tətbiq edilir. “Neftçi” istər meydanda, istərsə də meydandan kənarda əsl mühasirədədir. Siz yəqin ki, ABŞ-ın Küveyti azad etmək üçün İraqa qarşı 1991-ci ildə keçirdiyi “Səhrada tufan” hərbi əməliyyatını xatırlayırsınız? Bax, “Neftçi” kimsəni işğal etməsə də, İraqın başına gələn həmləyə bərabər bir halla üzləşib. Rəqiblərimiz bizi dayandırmaq üçün hər şey edir”, deyə Süleymanov söhbətə başlayıb.
- “Neftçi” Sadıqlının Mahir Şükürovun başına gəlmiş sanksiyalarla üzləşəcəyini gözləyirdi?
- Bir barmağa görə Şükürov üç oyunluq cəza alıb. Sadıqlıya isə iki barmağa görə heç nə verilmədi.
- Dediyiniz kimi, komandanıza edilmiş bütün bu hücumları nəzərə alsaq, yekunda ikinci yeri uğur hesab etmək olar?
- Əgər bizim yerimizə başqa bir klub belə bir mühasirəyə düşsə idi, bu halda, onlar yarış cədvəlinin zirzəmisindəki üçlükdə qərarlaşardı. Ancaq bizim təcrübəmiz istənilən şəraitdə bizə ən yüksək yerlər uğrunda mübarizəyə imkan verir.

- Yaxşı, “Neftçi”ni ikinci yer qane edəcək ya yox??
- Reallıq var. Əgər “Qarabağ” 10 xallıq üstünlüyü əldən versə, onda, bu, onlar üçün faciə olacaq. Buna inanmıram. Həmçinin, “Neftçi”yə olan bu hücumlar mövsümün sonuna qədər davam edəcək. Bizi nəinki çempionluqdan eləmək, hətta avrokuboklarsız qoymaq istəyirlər. Bizim hələ də ikinci pillədə olmağımız, nə qədər döyüşkən kollektivimizin olduğundan xəbər verir. Heç kim “Neftçi”ni İraqa çevirə bilməz.
- Belə çıxır ki, “Səhrada tufan” olmasaydı, ağdamlılar çempion olmazdılar?
- “Qarabağ” yaxşı komandadır. Ancaq başımıza açılmış belə bir blokada olmasaydı, onda, biz birinci pillədə olardıq. Qabaqcadan danışılmış hakimliklə üzləşdiyimiz oyunları xatırlayın və nə qədər xal itirdiyimizi anlayacaqsınız. “Qarabağ”a qarşı son oyunda biz liderlə xal fərqini dördə endirə bilərdik. Bundan sonra bizi kimsə dayandıra bilməzdi. Ancaq bizə qarşı əməliyyat keçirdilər. Bundan sonra həmin oyunun baş hakimi Vüsal Əliyevi cəzalandırdılar. O. Üç-dörd oyun istirahət etdikdən sonra, “Qarabağ” - “Sumqayıt” oyununa təyinat aldı ki, bu oyuna gənc hakimi də təyin etmək olardı. Maraqlıdır, görəsən nə üçün bu oyunu Əliyevə etibar etdilər?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.