1 aprel 2014 14:33

Baçana Sxadadze: Hər növbəti oyun bizim üçün finala bərabər olacaq

“İnter”in hücumçusu Baçana Tsxadadze klub saytına müsahibəsində “Rəvan”la matç (3:0) barədə danışıb, qarşılaşmanın planlaşdırılan vaxtda keçirilməsinə mane olan pis hava şəraiti mövzusuna toxunub, komandanın mükafat medalları uğrunda mübarizə şansları barədə fikirlərini açıqlayıb və digər suallara cavab verib. Azerisport.az müsahibəni diqqətinizə çatdırır:
-Baçana, “Rəvan”la matç barədə nə deyə bilərsiniz?
-Öncə bir qədər çətin oldu. “Rəvan”nın əsas məqsədi bizə oynumuzu göstərməyə mane olmaqdan ibarət idi. Onlar bizə oyun tərzimizə uyğun oynamağa mane olmağa çalışdılar. Böyük hesaba baxmayaraq deyə bilərəm ki, biz daha çox qol vura bilərdik. Rəqibin isə bir təhlükəli anı oldu, həmin anda da bizim bəxtimiz gətirdi.
-Oyun çox uzun alındı, çünki matçın 11-ci dəqiqəsində oyun sabaha təxirə salındı. Bu vəziyyət futbolçulara necə təsir göstərdi?
-Qeyd etdiyim kimi, dünənki oyunun əvvəlində bizə bir qədər çətin oldu, axı bütün futbolçular bazar günü keçiriləcək matça köklənmişdilər. Ancaq matç təxirə salındı və oyunu davam etdirmək üçün daha bir gün bazada qalmalı olduq ki, bu da müəyyən mənada rahatsızlıq yaratdı. Psixoloji planda çətin idi, oyuna yenidən köklənməli olduq. Lakin uşaqlara halal olsun ki, toparlana və özlərini göstərməyi bacara bildilər.
-Bununla belə, oyunun təxirə salınması yaxşı ideya idi, axı komandaların bazar günü meydançada keçirdikləri qarlı- çovğunlu 11 dəqiqəni böyük çətinliklə futbol adlandırmaq olardı.
-Səmimi deyim ki, mən futbol meydançasında belə hava görməmişdim. Bundan başqa, mən belə havada futbol oynanıldığını hətta televiziyadan da seyr etməmişəm.
-“Rəvan” üzərində qələbə “İnter”ə turnir cədvəlindəki yerini qorumağa imkan verdi. Ancaq qarşıda bizi 8 tur gözləyir. Necə düşünürsünüz, komanda məqsədinə və mükafat yerlərindən birini tutmağa nail ola biləcək?
-Bu 8 tur bütün komandalar üçün vacibdir. Hər növbəti oyun bizim üçün final oyununa bərabər olacaq. Biz  “Rəvan”la keçirdiyimiz son oyunda olduğu kimi, uğurla çıxış etməliyik. Futbolçular meydançada bütün güclərini qoymalıdırlar. Nəyə qadir olduğumuzu nümayiş etdirməliyik.
-Mövsüm sona yaxınlaşır və bu mərhələdə oyunçularda tez-tez yorğunluq müşahidə olunur. Fiziki yorğunluqla yanaşı, həm də futbolçularda əksini tapan psixoloji yorğunluq da var. Bununla bağlı sizdə vəziyyət necədir?
-Komandanın ixtiyarında lazım olduğu təqdirdə bir-birlərini əvəz edəcək çox sayda oyunçular var. “Rəvan”la oyunda biz Cavadovsuz, Əmircanovsuz və digər futbolçularsız oynadıq. Bununla belə, zəruri nəticəni qazandıq. Əladır ki, komanda işini yerinə yetirir və uşaqlar layiqincə bir-birilərini əvəz edirlər. Son turlarda Mikel Alvaro komandaya çox kömək edir, ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Mənə gəldik isə deyə bilərəm ki, hazırda özümü iki-üç tur öncəkindən daha yaxşı hiss edirəm. Qapını dəqiq nişan almadığım an olmuşdu və bu, müəyyən problemlər doğurmuşdu. Mən çox əsəbiləşirdim və buna görə oyunum alınmırdı, lakin indi özümü daha yaxşı hiss edirəm.
-“İnter” artıq Azərbaycan Kuboku turnirindən uzaqlaşdı. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Belə ki, komanda kubok qazanmaq şansından məhrum oldu, ancaq buna baxmayaraq kubok turnirindən uşaqlaşması komandaya tamamilə çempionat oyunlarına köklənməyə imkan yaratdı. Bu vəziyyəti komanda necə qarşıladı?
-“Neftçi” ilə cavab oyunundan sonra soyunma otağında bu oyunlar və ümumilikdə kubok barədə bütün söhbətləri yekunlaşdırdıq. Bundan başqa biz bir-birimizə söz verdik ki, çempionatda başladığımız işi sona çatdırmalıyıq.
-Qarşıda komandanı səfərdə “Simurq”la çətin oyun gözləyir. Zaqatalada keçiriləcək oyun barədə nə deyə bilərsiniz?
-Düşünürəm ki, “Simurq” 6-cı yeri tutmasına baxmayaraq ölkənin ən yaxşı komandalarından biridir. Onların sərgilədikləri futbol mənim çox xoşuma gəlir. Komanda bu oyuna yaxşı hazırlaşmalıdır, axı bizi çətin matç gözləyir. Hər şey futbol meydançasında həll olunacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.