1 aprel 2014 14:14
Qəbələ hələ də Bakıdadır
TPL-in 28-ci turu çərçivəsində keçirilmiş oyunda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olmuş “Qəbələ” hələ də doğma şəhərinə qayıtmayıb. Azerisport.az xəbər verir ki, bu gün Yuri Syominin yetirmələri “Bakı” FK-nın bazasında komandanın TPL-in 29-cu turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirəcəyi oyunun hazırlığına başlayacaqlar.
Qeyd edək ki, “radarlar” oyuna bir gün qalmış paytaxtdan Lənkərana yola düşəcəklər.
Xatırladaq ki, oyun aprelin 5-də keçiriləcək.
