1 aprel 2014 13:55
Hakimləri söyən futbolçulara cəza verildi
İntizam Komitəsi ötən həftə ölkənin futbol meydanlarında baş vermiş hadisələrlə bağlı qərarlarını açıqlayıb. Azersport.az xəbər verir ki, İK hakimləri təhqir edən futbolçuları cəzasız qoymayıb.
Martın 19-da U-19 Liqasının “Rəvan” - “Qarabağ” matçı başa çatdıqdan sonra “Qarabağ”ın futbolçusu Ruslan Hacıyev, martın 25-də U-16 liqasında keçirilən "Qarabağ" - "Simurq" matçında qonaq komandanın üzvü Mehman Qədirov və martın 24-də U-17 liqasında "Xəzər Lənkəran" - "Rəvan" qarşılaşması başa çatdıqdan sonra “Rəvan”ın futbolçusu Qurban Hüseynli və Emil Yadayi hakimi təhqir etdiyi üçün cəzalandırılıb. Futbolçuların hamısına 4 oyunluq cəza verilib.
