31 mart 2014 12:33
Melvin Platye Kalmarda ilk oyununu keçirib
“Neftçi” PFK-nın futbolçu Melvin Platye icarə əsasında çıxış etdiyi “Kalmar” klubunun heyətində ilk matçını keçirib. Azerisport.az xəbər verir ki, İsveç çempionatının ilk turu səfərdə “Brommapoykarna” klubu ilə qarşılaşmış “Kalmar” rəqibini 2:1 hesabı ilə məğlub edib.
Melvin Platye oyuna 76-cı dəqiqədə daxil olub.
