31 mart 2014 12:12
Böyükağa Hacıyev: Legioner məşqçilərə allergiyam var
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında növbəti tur “Bakı”ya qarşı keçiriləcək oyundan danışıb:
"Bizə layiqli rəqibdir. “Bakı” komandası yaxşı futbolçulardan formalaşan komandadır. Baş məşqçi Milinko Pantiç itkilərdən danışıb. Amma heç bir klub itkilərdən sığortalanmayıb. Paytaxt derbisində bizi yalnız qələbə razı sala bilər. Bütün həmkarlarıma hörmətlə yanaşıram. Legioner məşqçilərə rəğbətim yoxdur. Sanki allergiyam var. Ona görə hər matçda onlara qarşı xüsusi köklənməm olur. “Neftçi” “Bakı” ilə dueldən qalib ayrılaraq fərqi 6 xala çatdırmalıdır".
