31 mart 2014 11:05
U-16 iki yoldaşlıq oyununda gücünü sınadı
Məlumat verdiyimiz kimi, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Estoniyada təlim-məşq toplanışındadır. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız iki yoldaşlıq oyunu keçirib. Qarşılaşmalar heç-heçə yekunlaşıb. "Kalev" klubunun əvəzedici heyətinə qarşı keçirilmiş oyun 0:0, "Levadiya" klubunun U-19 komandası ilə qarşılaşma isə 1:1 hesabıyla başa çatıb. "Levadiya" ilə oyunda yığmamızın üzvü Elvin İmanlı fərqlənib.
(AFFA)
