31 mart 2014 20:00
Güvenc Kurtar: İnterə qarşı oyunu Neftçi ilə oyunqabağı sınaq kimi keçirdik
“Rəvan”ın baş məşqçisi Güvenc Kurtar komandasının TPL-in 28-ci turunda “İnter”ə 0:3 hesablı məğlubiyyətini şərh edib. Azerisport.az xəbər verir ki, Kurtar bunları söyləyib:
”İnter”i qələbə münasibəti ilə təbrik edirəm, çox yaxşı oynadılar. Bu oyunu “Neftçi” ilə oyundan öncə sınaq kimi çalışdıq. Rəqibin iki cinah futbolçusu “Neftçi”də olduğu kimi hücum zamanı meydana daxil olur. Onların qarşısını ala bilmədik. Qapı dirəyindən dönən topumuz var idi. İkinci qolu buraxdıqdan sonra isə işimiz daha çətin oldu. Bütün gücümüzü kuboka yönəldəcəyik. Bundan sonrakı oyunlarda qələbə qazanmaq istəyirik. Kubokdan öncə “Sumqayıt” və “Qarabağ”la oyunumuz var. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. “Sumqayıt”ın son oyununu izlədim, əvvəlkindən çox fərqlənirlər. Hakimlərə təşəkkür edirəm, oyunu yaxşı idarə etdilər”.
(PFL)
