31 mart 2014 18:18
Azərbaycan yığması Ukraynadakı turnirdə iştirak edə bilər
Yeniyetmələrdən ibarət U-16 millimiz SSRİ yığmasının sabiq futbolçusu, ukraynalı qapıçı Viktor Bannikovun xatirə turnirində iştirak edə bilər. Azerisport.az xəbər verir ki, hazırda yarış baş tutmamaq təhlükəsi ilə üz-üzədir.
Belə ki, Danimarka və Çexiya yığmaları Ukraynadkı siyasi vəziyyət üzündən yarışda iştirakdan imtina ediblər. Daha əvvəl isə Rusiya yığması yarışdan imtina etmişdi.
Polşa və Slovakiya yığmaları isə Kiyevə gələcəyinin təsdiqləyib. Serbiya millisi hələ bu barədə fikirləşir. Ukrayna futbol federasiyası Serbiya yığmasının turnirdə iştirakına ümidlidir. Bu halda, Bannikovun xatirə turnirində dörd komanda iştirak edəcək: Ukrayna, Polşa, Slovakiya və Serbiya. Azərbaycan millisinin də dəvət olunacağı gözləniləndir.
(Ukrayna KİV-i)
