31 mart 2014 17:28
Neftçinin 18 illik rekordu təkrarlandı
Topaz Premyer Liqasının 28-ci turunda “Qəbələ”ni məğlub etmiş “Qarabağ” bir neçə rekorda imza atıb. Azerisport.az xəbər verir ki, 3:0 hesablı qələbə həm mövsümün, həm də milli çempionatların tarixinə düşüb.
TPL-in 28-ci turu da daxil olmaqla, “Qarabağ”ın çempionatda ardıcıl əldə etdiyi 5 qələbənin hamısı böyükhesablı olub. Bununla da, Qurban Qurbanovun yetirmələri Azərbaycan çempionatları tarixində ən yüksək göstəricini təkrarlayıb. 5 qarşılaşmanı ümumilikdə 17:1 hesabı ilə bitirən Ağdam təmsilçisinə qədər, yalnız “Neftçi” belə nailiyyətlə fərqlənmişdi.
(PFL)
