31 mart 2014 17:20
Qarabağ mövsümün rekorduna imza atdı
Topaz Premyer Liqasının 28-ci turunda “Qəbələ”ni məğlub etmiş “Qarabağ” bir neçə rekorda imza atıb. Azerisport.az xəbər verir ki, 3:0 hesablı qələbə həm mövsümün, həm də milli çempionatların tarixinə düşüb.
Premyer Liqada ardıcıl 5-ci qələbəsini qazanan Ağdam təmsilçisi mövsümün rekordunu müəyyənləşdirib. “Neftçi” (4:1), “Bakı” (4:0), “İnter” (3:0), “Sumqayıt” (3:0) və “Qəbələ”ni (3:0) məğlub etmiş “Qarabağ” mövsümdə ardıcıl 5 matçda xal itirməyən ilk komanda olub.
Qeyd edək ki, Azərbaycan çempionatlarında ən uzun qələbə seriyası “Kəpəz”ə məxsusdur - 20 qələbə.
(PFL)
