31 mart 2014 17:17
Dənizli seçkilərə yollanıb
TPL-in 28-ci turunda “Neftçi” ilə qarşılaşmadan dərhal sonra “gəmiqayıranlar”ın baş məşqçisi Mustafa Dənizli Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, Dənizli dünən Vətənində keçirilmiş bələdiyyə seçkilərində iştirak edib.
Qeyd edək ki, Dənizli Lənkərana sabah qayıdacaq. Onunla Türkiyəyə yollanmış köməkçisi isə bu axşam geri dönəcək.
