31 mart 2014 17:00
Elxan Məmmədov: ABŞ futbol federasiyası Foqtsa görə bizə müraciət edib
AFFA-nın baş katibi Elxan Məmmədov azerisport.az saytına müsahibəsində ABŞ futbol federasiyasının millimizin baş məşqçisi Berti Foqtsun köməyinə görə müraciət etməsi haqda danışıb:
“Millimizlə ABŞ yığması arasında yoldaşlıq oyunun keçirilməsi haqda danışıqların yekun mərhələsinə məqam çatanda, amerikalı həmkarlar bizdən dünya çempionatında Foqts tərəfdən köməyin mümkünlüyü haqda soruşdular. Biz bu barədə federasiya prezidentinə məlumat verdik. Hesablamalar nəticəsində müəyyən etdik və qərara gəldik ki, Foqtsun DÇ-də ABŞ yığması ilə işi millimizin maraqlarına təsir etməyəcək. Düşünürəm ki, Foqtsun özü də yenidən DÇ-də işləməyin əleyhinə olmaz. Lap elə Yurgen Klinsmanın məsləhətçisi qismində belə”.
