31 mart 2014 16:44

Cavid Hüseynov: Fikrimizi çempionata yönəltmişik

“Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynov azerisport.az saytına müsahibəsində TPL-in 28-ci turunda “Simurq” üzərində qələbə (2:1), oyundakı hakimlik və növbəti tur çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyundan danışıb:
- “Simurq”a qarşı ötən oyunu necə qiymətləndirirsiniz?
- Rəqibimiz oyun nöqteyi-nəzərindən hazırda formadadır. Biz onların ötən tur çərçivəsində “Xəzər Lənkəran”a qarşı oyununu görmüşdük. Onları təhlil etmişdik və bilirdik ki, çətin olacaq. Ancaq ilk 20-25 dəqiqə bizim nəzarətimiz altında keçdi. Yalnız biz hücum edirdik və nəticədə birinci hissədə iki qol vura bildik. Düzdür, birinci hissənin sonlarında Vüqar Mustafayevin meydandan qovulması, ikinci hissədə bizim oyunumuzda əksini tapdı. İkinci hissədə daha çox müdafiə haqda düşünürdük.
 
- Bu qovulmaya reaksiyanız necə oldu?
- Bu, yersiz və ədalətsiz idi. Axı əvvəlcə “Simurq”un futbolçusu Drqan Çeran onu serbcə təhqir etməyə başladı. Məhz bu ifadəni biz gözəl başa düşürük və bilirdik ki, bu, nə deməkdir. Komandamızda serb və serbcə başa düşən futbolçular var. Vüqar sadəcə, tab gətirmədi və ona cavab verdi. Ancaq buna görə qırmızı vərəqə vermək olmaz. Əvvəl-axır, axı o, hakimi təhqir etmədi.
 
- Sizcə, hakimin reaksiyası necə olmalı idi?
- Əgər təhqirə görə qovulma varsa, nə üçün ilk olaraq təhqirə keçən digər futbolçunu qovmadı? Bu, hakimin uşaq və kobud səhvidir. Əgər müvafiq surətdə birini cəzalandırırsansa, digərini də cəzalandırmalısan. Hakim meydanda ədalətə riayət etməlidir. Bu hakimə həqiqətən hörmət etsəm də, deməliyəm ki, bu halda, o, kobud səhv etdi.
 
- Qələbə “Bakı”ya üçüncü pilləyə yüksəlmək imkanı verdi. İndi komandanızın mükafat yerləri uğrunda mübarizə şansları necədir?
- Hesab edirəm ki, “Qarabağ” artıq çempiondur. Bu, mənim fikrimdir. Çətin ki, kimsə onlara çatsın və ya onlar kobud səhvə yol versinlər. Üçlük uğrunda mübarizə aparan digər komandalar: “Neftçi”, “İnter” və “Bakı”nın bura düşməyə bütün şansları var. Ancaq istənilən, hətta ən kiçik səhv belə, baha başa gələ bilər. Bu komandaların heç birinə artıq səhv buraxmaq olmaz. Qarşıda hələ səkkiz tur var. Bəli, kimsə mütləq, xal itirəcək. Bunsuz mümkün deyil.
 
- Siz “Neftçi”, “İnter” və “Bakı”nı xatırlatdınız. Ancaq “Qəbələ”ni yox. “Radarlar”ı ilk üçlüyə düşmək uğrunda mübarizəyə qadir hesab etmirsiniz?
- Heç də belə deyil. Onları da bu siyahıya daxil edirəm. Sadəcə, fikrimdən çıxmışdılar (gülür).
 
- Bu yaxınlarda Azərbaycan Kubokunda mübarizəni dayandırmağınıza rəğmən, “Simurq” üzərində qələbə kifayət qədər inamlı alındı.
- Deməzdim ki, Kubok uğursuzluğu bizə təsir etməyib. Kubok avrokuboklara asan yol idi. Ancaq öz səhvlərimiz ucbatından biz yarımfinaldan kənarda qaldıq. Bu, təsir göstərməyə bilməz. Artıq bununla barışmışıq. Bu mənada ki, hər şey keçmişdə qalıb. İndi çempionata köklənməliyik.
 
- Qarşıda sizi “Neftçi” ilə oyun gözləyir. Ancaq bu oyun ərəfəsində siz yenidən hücumçunuz Rauf Əliyevi itirdiniz. Mustafayev və Ettonun simasında digər itkiləri də nəzərə alsaq, bu, sizə çətin olmayacaq?
- Raufun yoxluğu böyük itki olacaq. Ancaq əminəm ki, itkilərimizi əvəzləyəcək hər kəs özünü mütləq surətdə göstərməyə çalışacaq və özünə olan ümidləri doğrulda biləcək. Düşünürəm ki, bu futbolçuların yoxluğu “neftçilər”ə qarşı oyunumuzda əksini tapmamalıdır.
 
- Yeri gəlmişkən, “Neftçi” son turda “Xəzər Lənkəran”ı məğlub etdi. Ancaq bununla belə, qarşıdakı rəqibinizin oyunu elə də baxımlı deyildi.
- Razıyam. Bilmirəm nə üçün belə yeknəsəqlik alındı. Ola bilsin ki, rəqiblərdən biri Kuboka daha çox köklənmişdi. Ola bilər ki, başqa səbəb də var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.