31 mart 2014 16:11
Erat iki həftəliyə sıradan çıxıb
Düsseldorf “Fortuna”sının və millimizin yarımmüdafiəçisi Tuğrul Eratın yaşıl meydanlara dönmə vaxtına təxmini aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, ilkin məlumatlara görə Erat iki həftə futbolsuz qalacaq.
Xatırladaq ki, Erat Almaniya İkinci Bundesliqasının 28-ci turunun “İnqolştadt”la oyunun 18-ci dəqiqəsində zədələnərək, meydanı tərk etmişdi.
