31 mart 2014 14:33
Qəbələ Allahverdiyevi cərimələyəcək
“Qəbələ”nin müdafiəçisi Elnur Allahverdiyev klub rəhbərliyi tərəfindən cərimələnəcək. Azerisport.az xəbər verir ki, buna səbəb, TPL-in 28-ci turu çərçivəsində komandanın “Qarabağ”a qarşı keçirilmiş oyunda (0:3) futbolçunun meydandan qovulmasıdır.
Klub rəhbərliyi futbolçunu müəyyən məbləğdə cərimələyəcək.
