31 mart 2014 14:22
Kazbek Tuayev: Serebryannikovun Banışevski haqda belə sözlər deməyə nə haqqı var?!
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində Rusiya kütləvi informasiya vasitələrində futbol xadimlərinin “Neftçi” və Tofiq Bəhramov haqda səslənmiş fikirlərə münasibətini bildirib:
- Yaxın günlərdə Kiyev “Dinamo”sunun keçmiş futbolçusu Viktor Serebryannikov deyib ki, 1966-cı ildə bakılılar bürünc mükafatı qazandıqları zaman, guya “Neftçi” onlardan oyun satın alıb. O, nə haqda danışır?
- Neçə illər keçdikdən sonra bizim belə bir cəfəngiyatı oxumağımız heç xoş deyil. Biz həmişə Kiyev “Dinamo”sunun oyunçularına hörmətlə yanaşmışıq. Ancaq, artıq bütün bunlara cavab verə bilməyəcək kəslərin bostanına daş ata bilmərəm. Mənim sadəcə, sözüm yoxdur. Bu sözlər mənim üçün bir kəşf oldu.

- O, bildirib ki, xüsusilə Banışevski, Markarov, Bruxti və digər futbolçular onların bazasına gəlib və pul təklif ediblər.
- Bütün bunlar boşboğazlıqdır. Biz küçədə təsadüfən görüşdük. Onları çempionluq münasibəti ilə təbrik etdik və məhz onlar bizə bu oyunda kömək etməyi təklif etdilər. Biz cavab verdik ki, əgər istəyirsinizsə, buyurun və onlara bu kömək müqabilində növbəti dəfə kömək edəcəyimizi vəd etdik. Pullar haqda heç bir söhbət olmayıb. Bu, təxəyyülün məhsuludur. Serebryannikovun mərhum Banışevski haqda belə deməyə nə haqqı var?! Siz 20 yaşlı Banışevskinin kiməsə pul təklif etdiyini təsəvvür edirsiniz?! O illərdə heç onu özü ümumiyyətlə, belə şeylərin olduğunu bilmirdi. Xmelnitskiy Semiqlazova çirkab yaxır. Onların özlərinin o qədər çirkinliyi var ki, qoy öz işlərindən baş çıxarsınlar.

- Rusiya mətbuatında artıq bir neçə ildir ki, sovet dövrünün “Neftçi”si haqda bu səpgidə müsahibələr dərc edilir. Nə üçün Rusiyada “Neftçi”yə mənfi sima yaratmağa çalışırlar?
- Demək çətindir. Bunu kiminsə bilərəkdən etdiyini düşünməyə inanmaq istəmirsən. Düşünürəm ki, bunlar hər hansı bekara jurnalistlərin işidir ki, belə mövzuları bilərəkdən qaldırırlar və kimlərsə özlərini xatırlatmaq istəyir. Bu, heçliyə gedən yoldur.

- Əgər Rusiya KİV-ni oxusaq, ancaq “Neftçi”nin danışılmış oyunlarla bağlı olduğunu görərik. Bəs Rusiya klubları, xüsusən Moskva klubları bunda bir dəfə də iştirak etməyiblər?
- Bu haqda heç danışmaq belə istəmirəm. Qoy öz çirkablarını özləri araşdırsınlar. SSRİ DTK-nın keçmiş rəhbəri Vladimir Semiçastnıy vaxtı ilə Kiyev “Dinamo”sunun çox qara işlərinin üstünü açıb.

- “Neftçi”dən başqa, Rusiyada tez-tez hakim Tofiq Bəhramov haqda d danışırlar. Maraqlıdır ki, Sovet vaxtlarında Moskvada həmin London finalında qolun olduğunu vurğulayırdılar və hazırda mərhum hakimin o zaman düzgün qərar qəbul etdiyini deyirlər. Hətta almanlar texnologiyaların köməyi ilə qapının alındığını müəyyən ediblər. Ancaq SSRİ-nin süqutundan sonra, Rusiyada fikirlər dəyişib.
- Kimə nə sərf edirsə, onu da danışır. Allah Tofiq Bəhramova rəhmət eləsin. Onun adını nəinki bizdə, hətta bütün dünyada xatırlayacaqlar.

- Bir dəfə Aleksey Spirin müsahibəsində bildirib ki, guya Bəhramov ona deyib ki: qolun olub-olmadığı vacib deyil, əsası, İngiltərə Kraliçasının əlini öpməkdir. Ancaq əfsanəvi finaldan sonra, Bəhramovun özü dəfələrlə bildirib ki, Kraliça ilə görüş haqda heç düşünməyib. Bunu iftira və təhqir hesab etmirsiniz?
- Spirin hörmətli adamdır və görünür, öz haqqında artıq xatırlatma etmək istəyib. Hər kəs Tofiq Bəhramovun simasına özünü yapmaq istəyir. Bütün hörmətli futbol adamlarına cəfəng danışmamağı məsləhət görürəm.