İnter Rəvana qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 28-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.
"İnter" "Şəfa" stadionunda digər paytaxt təmsilçisi "Rəvan"la münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, bu görüş əslində ötən gün keçirilməliydi. Lakin dünən qarşılaşma başlayandan az sonra qarlı hava şəraiti səbəbindən bu günə təxirə salındı. Oyun yarımçıq qaldığı 11-ci dəqiqədən davam etdirilib.
Topaz Premyer Liqası, 28-ci tur
31 mart (bazar)
İNTER - RƏVAN - 3:0 (1:0)
Qollar: B. Sxadadze, 24 (1:0), A. İaşvili, 66 (2:0), M. Alvaro, 90+3 (3:0)
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov.
Bakı. “Şəfa” stadionu.
İNTER: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov (k), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 6. Samir Zərgərov, 8. Mikel Alvaro, 12. İvo Taborski, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.
RƏVAN: 1. Lukas Sapela, 21. Novruz Məmmədov (k), 16. Orxan Lalayev, 4. Mitya Moreç, 15. Dmitri Kruqlov, 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek, 8. Julio Sezar, 25. Ayaz Mehdiyev, 10. Tyaqo de Souza, 18. Oke Akpoveta.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 28. Boyan Markoviç, 19. Hüseyn Axundov, 17. Ramazan Abbasov, 7. Elvin Həsənəliyev, 20. Miloş Adamoviç, 14. Xuan Manuel Varea.
Turun digər oyunları: Sumqayıt - AZAL - 2:1, Bakı - Simurq - 2:1, Neftçi - Xəzər Lənkəran - 1:0, Qarabağ - Qəbələ - 3:0.
| 1 | Qarabağ | 28 | 18 | 7 | 3 | 53 | 14 | +39 | 61 |
| 2 | Neftçi | 28 | 15 | 6 | 7 | 43 | 33 | +10 | 51 |
| 3 | İnter | 28 | 14 | 6 | 8 | 44 | 31 | +13 | 48 |
| 4 | Bakı | 28 | 14 | 6 | 8 | 45 | 30 | +15 | 48 |
| 5 | Qəbələ | 28 | 13 | 5 | 10 | 37 | 31 | +6 | 44 |
| 6 | Simurq | 28 | 10 | 9 | 9 | 31 | 22 | +9 | 39 |
| 7 | XL | 28 | 8 | 10 | 10 | 28 | 39 | –11 | 34 |
| 8 | AZAL | 28 | 6 | 8 | 14 | 27 | 42 | –15 | 26 |
| 9 | Rəvan | 28 | 3 | 8 | 17 | 15 | 49 | –34 | 17 |
| 10 | Sumqayıt | 28 | 3 | 7 | 18 | 18 | 48 | –30 | 16 |
Bombardirlər:
17 - Reynaldo (Qarabağ)
12 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
9 - Draqan Çeran (Simurq)
8 - Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Marinaldo da Silva (Qarabağ).
