30 mart 2014 11:55
Tuğrul Erat zədələndi
Almaniyada İkinci Bundesliqanın 28-ci turunun bir sıra oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Tuğrul Eratın komandası Düsseldorf “Fortuna”sı öz meydanında “İnqolştadt”ı qəbul edib və oyun qolsuz heç-heçə ilə başa çatıb.
Əsas heyətdə meydana çıxmış Erat 18-ci dəqiqədə əvəzlənib. Gənc futbolçumuza bel əzələsinin dartılması diaqnozu qoyulub. Hazırda Eratın hansı müddətə sıradan çıxdığı məlum deyil.
Qeyd edək ki, “Fortuna” 34 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
