30 mart 2014 11:44
Subaşiçsiz Orduspor Budağın komandasını darmadağın etdi
Türkiyədə Birinci Divizionun 32-ci tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budağın komandası “Qaziantep BB” öz meydanında millimizin sabiq hücumçusu Branimir Subaşiçin komandası “Orduspor”u qəbul edib.
Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Futbolçularımızın heç biri oyunun iştirak ərizəsinə salınmayıb.
Hazırda “Orduspor” 62 xalla yarış cədvəlinin 2-ci, “Qaziantep BB” isə 32 xalla 15-ci pilləsində qərarlaşıb.
