30 mart 2014 11:33
İqor Mitreski: Qarabağın büdrəməsini gözləmək lazımdır
“Neftçi”nin müdafiəçisi İqor Mitreski azerisport.az saytına müsahibəsində TPL-in 28-ci turu çərçivəsində komandasının “Xəzər Lənkəran” üzərində qələbəsindən (1:0) danışıb:
- Prinsipial rəqib üzərində qələbə haqda nə deyə bilərsiniz?
- Hamı üçün bu oyun “Böyük oyun” adlanır. Ancaq biz buna adi oyun kimi yanaşdıq. Yaxşı oynadıq. Az qol vəziyyətləri yaratmadıq. Bir qol vurduq. Layiq olduğumuz üç xalı qazandıq.

- Kənardan hamının bu komandaların oyununda görməyə alışdığı mübarizə görünmürdü...
- Rəqibi bilmirəm, ancaq biz qalib gələcəyimizə əmin idik. Sakit oynayırdıq. Bilirdik ki, “Xəzər Lənkəran” oyun vaxtının böyük qismini müdafiə olunacaq. Biz onlara dörd, beş qol da vurmuşuq. Belə olan halda, ancaq öz məqamını gözləmək qalırdı.

- Bu dəfə beş qol vurmaq müyəssər olmadı...
- Əsası, qələbədir. Nə qədər qol vuracağımız isə böyük əhəmiyyət kəsb etmir.

- Sizcə, hakimlik necə idi?
- Əgər Nforu yıxdığına görə “Xəzər Lənkəran”ın qapısına təyin edilməyən penaltini məqamını nəzərə almasaq, hər şey normal idi.
- Bu gün yarış cədvəlinin lideri “Qəbələ” ilə oynayacaq. Necə düşünürsünüz, “Qarabağ” bu oyunda xalla itirəcək?
- “Qəbələ” yaxşı komandadır və oyunda nə desən, baş verə bilər. Ancaq bu oyunun hansı hesabla başa çatacağından asılı olmayaraq, biz sona qədər mübarizə aparacağıq. Xallar toplamağa davam etmək və ağdamlıların büdrəməsini gözləmək lazımdır.

- Siz bir neçə tur oynamamısınız və meydana “Xəzər Lənkəran”a qarşı oyunda çıxdınız...
- Dərhal deyim ki, mənim məşqçi və klub rəhbərliyi ilə heç bir problemim yoxdur. Hələlik, mənim “Neftçi” ilə müqaviləm var. Mən komandaya kömək etməyə hazıram. Əgər mənim xidmətlərimə ehtiyac olmazsa, bu halda, mən getməyə hazıram. Lazım gəlsə, ehtiyat oyunçular skamyasında oturacağam və komandaya kənardan azarkeşlik edəcəyəm.