30 mart 2014 21:12
Abışov oynamadı, Rubin məğlub oldu
Millimizin yarımmüdafiəçisi Ruslan Abışovun komandası “Rubin” Rusiya premyer-liqasının 23-cü turu çərçivəsində öz meydanında “Rostov”a 1:2 hesabı ilə məğlub olub. Azerisport.az xəbər verir ki, Abışov iştirak ərizəsindən kənarda qalıb.
Hazırda “Rubin” 28 xalla yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
