30 mart 2014 20:44
Yuri Syomin: Məndənsə, yaxşısı budur ki, hakimlər haqda danışın
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin TPL-in 28-ci turu çərçivəsində komandasının “Qarabağ”a qarşı keçirdiyi oyun haqda fikirlərini açıqlayıb. Azersport.az xəbər verir ki, Syomin bunları söyləyib:
“İki fərqli hissə keçirdik. İlk hissədə komandalar daha yaxşı görünürdülər. İkinci hissənin əvvəlində erkən qol buraxdıq. Bunun nəticəsində oyuna nəzarəti əldən verdik. İkinci qolu səhvimizdən sonra buraxdıq. Mənim işimi müzakirə etməkdənsə, yaxşısı budur ki, hakimlər haqda danışın. Düşünürəm ki, biz yaranmış vəziyyətdən çıxa biləcəyik”.
