30 mart 2014 15:00

Rahid Əmirquliyev: Özümüz özümüzü bu vəziyyətə gətirib çıxarmışıq

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev azerisport.az saytına müsahibəsində TPL-in 28-ci turu çərçivəsində komandasının “Neftçi”yə qarşı keçirdiyi “Böyük oyun”da məğlubiyyətindən danışıb:
- “Böyük oyun”da məğlubiyyət haqda nə deyə bilərsiniz?
- Bilirdik ki, bizi asan oyun gözləmir. Premyer Liqanın ən güclü komandalarından birinə qarşı oynadıq. Buna rəğmən, Bakıya qələbə dalınca gəlmişdik. Məlum səbəblərdən stadionda olmayan azarkeşlərimizə hədiyyə etmək istəyirdik.
- Yarış tapşırıqları olmadan, oyunlar keçirmək çətin deyil ki?
- Öz çıxışımızla, özümüz özümüzü bu vəziyyətə salmışıq. Artıq demək olar ki, nəyi isə dəyişmək şanslarından məhrum olmuşuq. Ancaq yenə də, prinsipial qarşılaşmada qalib gəlmək istəyirdik.
- Birinci hissədə cəhdlərə baxmayaraq, komanda hücumda demək olar ki, heç nə yarada bilmədi...
- Bizə nə isə çatmırdı. Ola bilər ki, Oyuna ruhən ən yaxşı vəziyyətdə yanaşmadıq və ya bir neçə futbolçunun yoxluğu buna səbəb oldu.
- Yeri gəlmişkən, azarkeşlərinizin yoxluğu komandada əksini tapmır ki?
- Oxşar vəziyyətə heç yerdə rast gəlməmişəm. Ancaq bizdə belə hadisələr baş verir. Stadionun qapılarını azarkeşlərin üzünə bağlamaq olmaz. Təbii ki, azarkeşlərimiz olsaydı, oyun başqa tərzdə gedərdi.
- Mövsümün qalan oyunlarına komandanı kökləmək məşqçiyə çətin olmayacaq ki?
- Yarış iddialarının yoxluğuna rəğmən, düşünmürəm ki, köklənmədən oynayacağıq. Əminəm ki, məşqçi qərargahının hər oyunqabağı nə isə deməyə sözü olacaq. Həmçinin, hazırkı vəziyyətdə komada üzərində təzyiq yoxdur.
- Bu halda, nə uğrunda mübarizə aparacaqsınız?
- hər oyunda qələbə uğrunda. Ancaq həmçinin, Azərbaycan Kubokunun yarımfinalına da gücümüzü qorumalıyıq. Burada bizi “Qəbələ”yə qarşı iki çətin oyun gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.