30 mart 2014 13:55
İldar Makayev: Azərbaycanda çempionatın səviyyəsi çox zəifdir
Ukraynanın “Uraqan” klubunun oyunçusu İldar Makayev Bakıda keçiriləcək futzal üzrə UEFA Kubokunun Dördlər finalı çərçivəsində yarımfinalda “Barselona” ilə qarşılaşacaq “Araz”ın şanslarından danışıb. Azerisport.az xəbər verir ki, Makayev klub saytına bunları söyləyib:
“Araz”ın tezliklə UEFA Kubokunun həlledici oyunlarını qəbul edəcəyinə rəğmən, mənə elə gəlir ki, yarışın üç favorit komandası var: “Dinamo”, “Barselona” və “Kayrat”. Xüsusən, “Kayrat” beş meydan oyunçusu ilə yaxşı təsir bağışlayır və onların çox güclü qapıçısı var. Bundan ötən ilin Dördlər finalı və Federasiyalar Kubokunun oyunlarından əmin hasil etmək olar. “Dinamo” və “Barselona” isə iki maşındır. Səhv etmirəmsə, “Dinamo” dörd dəfə finalda oynayıb və bir dəfə qənimətə sahib olub. Bu komandaların fonunda “Araz”ı müqayisə etmək hətta çox çətindir. Azərbaycanda çempionatın səviyyəsi çox zəifdir. Buna görə də “Araz” - “Barselona” cütündə, mən, əlbəttə, “Barsa”ya qoyuluş edirəm. Digər yarımfinal cütü “Kayrat” - “Dinamo”ya gəlincə, bu, əsl döyüş olacaq”.
