30 mart 2014 01:22

Böyük oyunda beş böyük məqam

Azerisport.az TPL-in 28-ci turu çərçivəsində “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçirilmiş “Böyük oyun”un beş diqqətçəkən məqamını təqdim edir:
İlk dəfə olaraq, son 23 ay ərzində “Böyük oyun”un taleyini bir qol həll etdi. Son dəfə minimal hesablı qələbə 2012-ci ilin aprel ayına təsadüf etmişdi. O zaman “gəmiqayıranlar” “neftçilər”i məğlub etmişdi. O vaxtdan bəri, komandalar iki dəfə qolsuz heç-heçə oynayıblar.
“Neftçi”nin hücumçusu Ernest Nfor bu mövsüm vurduğu qolların demək olar ki, yarısını “Xəzər Lənkəran”ın qapısında keçirib. Kamerunlu futbolçu ötən ilin noyabr ayının 2-də “Flaqman”ın cənubluları 4:1 hesabı ilə darmadağın etdiyi “Böyük oyun”da da fərqlənmişdi.
Demək olar ki, artıq altı ildir, “Xəzər Lənkəran” səfərdə əzəli rəqibini məğlub edə bilmir. Cənub təmsilçisinin Bakıda son qələbəsi 2008-ci ilə təsadüf edir. Ümumiyyətlə, səfər qələbələri bu dueldə dəb deyil.
Mustafa Dənizlinin komandaya gəlişindən sonra, “Xəzər Lənkəran” ilk dəfə ikinci ardıcıl məğlubiyyətini yaşadı. Ötən tur “Simurq” da cənubluları məğlub etmişdi. 
“Neftçi” isə ardıcıl dördüncü  oyundur ki, məğlub olmur. Böyükağa Hacıyevin yetirmələri 12 mümkün xaldan hamısını toplayıb. Həmçinin, Kubokun yarımfinalına vəsiqə qazanıblar. Bu müddət onların aktivinə yazıla bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.