29 mart 2014 11:22
Yure Travner: Məqsədimiz Simurq üzərində qələbə qazanmaqdır
“Bakı”nın futbolçusu Yuri Travner azerisport.az saytına müsahibəsində AZAL ilə görüşdən, növbəti tur “Simurq”la matçdan və Azərbaycan Kubokundakı məğlubiyyətdən danışıb:
- AZAL ilə matçda “Bakı” qələbə qazandı. Oyuna gəldikdə, “Bakı”nın sərgilədiyi oyundan razı qaldınız?
- Müəyyən mənada, səhvlərimiz oldu, bunu etiraf etmək olar. Amma biz yaxşı oynadıq və qələbə qazandıq. Çoxlu sayda qol vəziyyətləri yaratsaq da, yararlanmadıq. Bu, çox pis haldır. Yaradılmış qol şanslarından istifadə etmək lazım idi. Hiss olunur ki, futbolçuların üzərində təzyiq var. Bununla belə, biz sona qədər mübarizə aparmağa hazırıq.
- “Simurq”la oyun daha çətin olacaq...
- Çempionatda hər növbəti oyun əvvəlkindən çətin olur. “Simurq” səfərdə ”Xəzər Lənkəran” üzərində parlaq qələbə qazandı. “Bakı” klubu avrokuboklara düşmək üçün mümkün qədər çox xal qazanmalıdır. Ona görə məqsəd, “Simurq” üzərində qələbə qazanmaqdır. Başqa nəticə bizi razı sala bilməz. “Bakı”nın potensialı 3 xal barədə düşünməyə imkan verir. Hazırda sərgilədiyimizdən daha yaxşı oyun göstərə bilərik.
- Azərbaycan Kubokunda penaltilərdə məğlubiyyət komandaya nə dərəcədə təsir etdi?
- AZAL ilə oyunda da hələ həmin təsirin altından çıxmadığımız görünürdü Azərbaycan Kubokuy ilə bağlı planlarımız çox idi. Ona görə məğlubiyyət bizə sarsıdıcı zərbə oldu. Başa düşürük ki, növbəti oyunlar barədə düşünmək lazımdır. AZAL-a qarşı oyuna məhz bu səbəbdən toparlanmaq çətin oldu. Baş məşqçi Milinko Pantiç çətinliyə baxmayaraq, birgə olmağımızın vacibliyindən danışdı. Ümid edirik, hər şey yaxşı olacaq.
- “Rəvan”a məğlubiyyətdə günahkar kimdir?
- Biz qol şanslarından yararlansaydıq, indi tam fərqli müsahibə verirdim. Gərək, oyun zamanı hər şeyi həll edəydik.
- Heyətdə yaxşı futbolçuların olmasına baxmayaraq, komandanın oyununda problem var. Bu nə ilə əlaqədardır?
- Bakıda heç bir problem yoxdur. Sadəcə, penaltilərdə məğlubiyyət layiqli olmadı. Penaltilərdə necə olacaq, heç kim əvvəlcədən deyə bilməz. Komandamızın yaxşı prezidenti və baş məşqçisi var. Bizə hər cür şərait yaradılıb. Kubokdakı məğlubiyyət bütün fikrimizi çempionata yönəltdi. İndi daha əzmlə mübarizə aparacayıq.
- Demək ki, “Bakı”nın məqsədi mükafatçılar sırasına düşməkdir...
- Qarşıda 9 tur var. Çempionatda hələ çox şey dəyişə bilər. Heç kim söyləyə bilməz ki, medallar kimə təqdim olunacaq. “İnter”lə bərabər 3-4-cü yerləri bölüşürük. Şanslarımız irəliləməyə imkan verir. Sadəcə, qol imkanlarını dəyərləndirmək vacibdir. Son turlar çox gərgin olacaq. Yalnız “Qarabağ” bir qədər fərq yaradıb. Digər klublar arasında 1-2 xal fərq var. Ona görə hər oyun həlledici ola bilər.
- “İnter” və “Qəbələ”. Səncə, “Bakı” hansı komandanın yerini tutmalıdır?
- “Bakı” öz yerini tutacaq. Bütün rəqiblərə hörmətimiz var. Azərbaycan çempionatında ikinci yerlə xal fərqi 3-dür. Ona görə əsl mübarizənin indi başladığını anlayırıq. Ardıcıl qələbələr bizi istəyimizə çatdıra bilər.