29 mart 2014 20:00

Böyükağa Hacıyev: Bu, Böyük oyundan çox küçə savaşına bənzəyir

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib: 

“Bu oyunun şərhə ehtiyacı yoxdur, vacib olan üç xalı qazandıq. Çoxsaylı qol imkanlarından istifadə edə bilmirdik, yekunda Nfor fərqlənə bildi. Hakimlər barəsində ümumiyyətlə danışmaq istəmirəm, cərimə meydançasında Nforu yıxdılar, təmiz penaltimiz verilmədi. Bu il buna alışmışıq. Əvvəllər deyirdilər ki, "Neftçi"ni irəli çəkirlər, amma bu gün “Neftçi”ni sıxırlar. Hesabımızda 51 xal var, öz yolumuza davam edirik. Kubokda iddialıyıq, bu komandaların içində yeganə yerli məşqçi mənəm. Bacardığımız yerə qədər gedəcəyik. Rəqibin 100 faizlik epizodu olmadı, oyun bir qapıya getdi. Mən 10 gün əvvəl demişəm ki, “böyük oyun” söhbətini yığışdırın. Bu “Böyük oyun”dan çox küçə savaşına bənzəyir. Qorxurdum ki, uşaqlar yenə nəzarətdən çıxar. “Xəzər Lənkəran”a 5 qol vuracam demişdim, deməmiş olum. 2-3 min azarkeşi stadiona buraxmadılar. Polislər azarkeşi stadion boyu qovurdu. Təzyiq necə olur? Futbola gözəllik verən azarkeşlərdir, bilmirəm ki, onları stadiona niyə buraxmırlar. “Neftçi”yə qarşı böyük təzyiqlər var. Mən “Bakı” ilə oyunda hücumçunu yarımmüdafiəçi oynadırdım. Ruslan Qurbanov “Sumqayıt”la oyunda sağ müdafiəçi oynadı. Sadıq Sadıqov komandadan getsə, mən 24 saat əvvəl gedirəm. Mən yığdığım reytinqi ona borcluyam. O məni “Neftçi”yə gətirib. Cavid İmamverdiyevə inanıram, potensialını açmaq lazımdır. Bir vaxt Araz Abdullayev də indiki Caviddən güclü deyildi. Ya Cavid bezib futboldan gedəcək, ya da mən deyən futbolu oynayacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.