29 mart 2014 19:55

Mustafa Dənizli: Oynaya biləcəyimiz oyunu oynamadıq

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib: 
“Oyunun keyfiyyəti yüksək olmasa da, meydanda mübarizə var idi. Qol vuran komanda qalib gələcəkdi. Premyer Liqada çox iddiamız olmadığımız üçün bəzi çətinliklərlə üzləşirik. Yerli futbolçuların zədəli olması işimizi çətinləşdirir. İstədiyimiz heyəti qura bilmirik. Bu oyun bizdə müsbət bir təəssürat yaradacaq oyundur. Həm evdə, həm də səfərdə bərabər oyun oldu. Çoxlu qol epizodu yarada bilmədik, oynaya biləcəyimiz oyunu oynamadıq. Zohair komandanın ən yaxşılarından idi, çox yorulduğu üçün onu əvəzlədim. Vandersonu irəli çəkib Slaviki onu mövqeyində oynatdıq. Alxasov Araza qarşı uğurlu oynaya bilmədi. Müdafiəni gücləndirməli idik. Adrian Piti belə bir yüksək təzyiqi olan oyunda oynatmağım düzgün deyildi. Üç aydır ki, rəsmi oyun oynamayıb. Qış fasiləsində istədiyimiz 3 azərbaycanlı oyunçunu transfer edə bilmədik. Bütün yük Rahidlə Elnurun üzərinə düşdü. 4 yerli futbolçu ilə davam edirik. Bundan sonrakı oyunlarda dəyişikliklər etməliyik. Məcburiyyətdən bu cür heyətlə oynayırıq. Yerli futbolçuların sayını artırmalıyıq. 4 gənc futbolçumuz var”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.