29 mart 2014 18:04
Çixradze: Çoxlu səhvlər buraxdıq
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyuna pis başladıq. Çoxlu səhvlər buraxdıq, qapımızda ardıcıl iki qol gördük. Rəqib ikinci hissəni azlıqda keçirsə də, oyunun əvvəlində buraxdığımız səhvlər ucbatından qalib gələ bilmədik. İkinci hissədə özümüzə gəldik, qollardan birinin əvəzini çıxdıq. Lakin ardını gətirə bilmədik. Hər bir futbolçu səhv edə bilər”.
