29 mart 2014 17:55

Pantiç: Bunların niyə baş verdiyini anlamıram

"Bakı"nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın serbiyalı çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Qələbə qazandığımız üçün şadam. Komanda var gücünü ortaya qoydu. Çətin qələbə qazandıq. Meydanda və kənarda baş verənlər var ki, biz buna müdaxilə edə bilmirik. İlk hissədə iki qol vurduq, ikinci hissədə isə müdafiədən oynadıq. “Neftçi” ilə oyunda cəzalı duruma düşən Vüqar Mustafayev və Etto oynaya bilməyəcək. Bunların niyə baş verdiyini anlamıram. Ola bilsin ki, bu, belə olmalı idi. Bir tərəfdən yaxşıdı ki, “Xəzər Lənkəran”la oyunda iştirak edə biləcəklər. Bilmirəm niyə Ruben Qonzalesə də vərəqə göstərmədilər. Onun da 3 vərəqəsi var, cəza limitində idi. Sevinirəm ki, bu gün heyətdə 4 gənc futbolçu oynadı. Azərbaycan futboluna kömək etmək üçün gəlmişəm. Burada olduğum müddətdə gənc yerli fubtolçulara dəstək olacam. Vüqarı məcbur etsən də, danışan deyil. Onu meydandan niyə qovduqlarını anlamıram? Serb dilini anladığım üçün Draqan Çeranın da söydüyünü eşitdim. Hər söyüşə görə qırmızı vərəqə verəndə gərək meydanda oyunçu qalmasın. Rauf Əliyev məşqdə oyuna hazır olduğunu bildirmişdi. Zədə alması bizim üçün gözlənilməz oldu”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.