29 mart 2014 17:55
Böyük oyunda azarkeşlər və polis arasında toqquşma yaşandı
TPL-in 28-ci turu çərçivəsində “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən oyunda azarkeşlərlə polis arasında qarşıdurma yaşanıb. Azerisport.az xəbər verir ki, “Flaqman”ın azarkeşləri ilə polis arasında baş vermiş anlaşılmazlıq bir neçə azarkeşin saxlanması ilə nəticələnib.
Buna etiraz əlaməti olaraq, digər azarkeşlər arenanı tərk etmək istəsələr də, hüquq-mühafizə orqanları onların yolunu kəsib.
Hazırda oyunda fasilədir və hesab açılmayıb.
