29 mart 2014 14:14
Adrian Skarlatake: Hacıyevlə razı deyiləm, Böyük oyun həmişə böyüklüyünü saxlayır
“Xəzər Lənkəran”ın futbolçusu Adrian Skarlatake azerisport.az saytına müsahibəsində TPL-in 28-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçiriləcək oyundan danışmaqla yanaşı, Böyükağa Hacıyevin bu oyunla bağlı fikirlərinə də toxunub:
- "Böyük oyun"a hazırlıq necə gedir?
- Hər şey qaydasındadır. Azarkeşlər hər zaman “Böyük oyun”da maraqlı futbolun şahidi olur. Azərbaycanda olduğum müddətdə “Neftçi” ilə oyunların ajiotaj yaratdığını görmüşəm. Fikrimcə, maraqlı futbol olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Turnir cədvəlində mövqeyimiz ürəkaçan olmasa da məqsədimiz qələbə qazanmaqdır.
- İndiki halda “Neftçi”ni görüşün favoriti hesab etmək olar?
- Biz səfərdə oynayırıq. Rəqibin bu mənada, üstünlüyü olacaq. Amma görüşün favoriti yoxdur. Hər iki komanda bir-birinə rəqibdir. Bu gün biz liderlərdən uzaq olsaq da, toparlanmaq imkanımız var. Digər tərəfdən, belə oyunlara əlavə köklənmə lazım olmur. Favorit yoxdur.
- “Neftçi” üzərində qələbə “Xəzər Lənkəran”a 3 xaldan başqa, nə verəcək?
- Qazanılacaq 3 xal mövqeyimizə o qədər təsir etməyəcək. Amma bu qələbə komandaya və azarkeşlərə lazımdır. Ən çoxu da, azarkeşlərin güclü rəqib üzərində qələbə tələb etdiyini unutmayaq. Biz meydana yalnız qələbə üçün çıxacağıq. 3 xal aktivimizə yazılacaq. Qələbə isə azarkeşlərə hədiyyə olunacaq. Fanatlarımız ən yaxşıya layiqdir.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib ki, “Xəzər Lənkəran” liderlərdən uzaqdır. Ona görə, bu oyuna “Böyük oyun” demək olmaz...
- Bu fikirlə razı deyiləm. Komandaların turnir cədvəlində harada qərarlaşmağından asılı olmayaraq, oyun əhəmiyyətini itirmir. Ola bilər “Neftçi” üçün belə deyil. Bu gün biz mükafatçılar sırasından uzaq düşsək də, “Böyük oyun”da qələbə arzusundayıq.
- Çoxları “Xəzər Lənkəran”ın bütün fikrinin Azərbaycan Kubokunda olduğunu düşünür...
- Əlbəttə, əsas fikrimiz kubokdadır. Amma çempionatı yaddan çıxartmırıq. Son oyunadək qələbə üçün mübarizə aparacağıq. Durumumuz pisdir. Bununla belə, avrokuboklara çıxmaq şansımız qalır. Gərək, Azərbaycan Kubokunu qazanaq. Bunun üçün isə ilk olaraq, “Qəbələ”ni udmaq lazımdır. İndiki halda, lazımsız oyun yoxdur. Hər matçın öz müqəddəratı var.
- “Xəzər Lənkəran” avrokuboklardan kənarda qalsa, günahkar kim olacaq?
- Bu hal barədə düşünmürük. Şansımız var və sona qədər oynayacağıq. Qış fasiləsindən sonra müəyyən mənada, irəliləyiş var. Sadəcə, mübarizə aparmaq lazımdır. Qol şanslarından yararlanmaq vacibidir. Avrokuboklara getmək şansımız özümüzdən asılıdır.
- Siz həm “Qarabağ”a, həm də “Neftçi”yə qarşı oynamısınız. İndi turnir cədvəlində “Qarabağ” 1-ci, “Neftçi” 2-cidir. Bu, qanunauyğundur?
- “Qarabağ” nəinki “Neftçi”dən, reallıqda, bütün komandalardan güclüdür. Ona görə layiqli olaraq, 1-ci pillədədir. Güman ki, "Qarabağ" çempion olacaq. Bu onların layiqli uğuru olacaq. Ağdam təmsilçisi mövsümü yüksək səviyyədə keçirir. Əsas rəqibləri üzərində qələbə qazanmaqla, liderliyə layiq olduğunu nümayiş etdirir.