29 mart 2014 13:22
Güvənc Kurtar: Komandamdan İnter üzərində qələbə gözləyirəm
“Rəvan”ın baş məşqçisi Güvənc Kurtar azeripsort.az saytına açıqlamasında TPL-in 28-ci turu çərçivəsində komandasının “İnter”ə qarşı keçirəcəyi oyun haqa fikirlərini bildirib:
“Komandamdan “İnter” üzərində qələbə gözləyirəm. Biz yaxşı komandaya çevrilmişik. Bizə qalib gəlmək çətindir. Məsələn, “Neftçi” bunu böyük çətinliklə edə bildi. Bəli, hakimlər də bu oyunda bizə münasibətdə iltifatlı deyildi. Futbolçularım hazırdır. Maraqlı oyun olacaq”.
