29 mart 2014 13:13
Soyqırım qurbanlarının xatirəsi anılacaq
Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "Rəvan” "İnter”in qonağı olacaq. Azerisport.az xəbər verir ki, sabah "Şəfa” stadionunda keçiriləcək görüşdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılacaq.
Belə ki, komandaların meydana qara sarğı ilə çıxmaqla yanaşı, oyundan öncə bir dəqiqəlik sükut elan ediləcək.
(Rəvan FK saytı)
