29 mart 2014 12:48
Qurban Qurbanov: Qəbələnin sürprizlərinə hazır olmalıyıq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azeripsort.az saytına açıqlamasında TPL-in 28-ci turu çərçivəsində komandasının “Qəbələ”yə qarşı keçirəcəyi oyun haqa fikirlərini bildirib:
“Yaxşı hazırlıq mərhələsi keçirmişik. Rəqib çox ciddidir. Bilirsiniz ki, “Qəbələ” bizi ölkə Kubokundan kənarlaşdırıb. Bu mövsümdə altıncı dəfə onlara qarşı oynayacağıq. Ümumilikdə, oyun bizim üçün olduğu kimi, onlar üçlün də vacibdir”.
