28 mart 2014 11:50
AÇ öncəsi mərkəzi arena dəyişikliyə məruz qalacaq
May ayının sonunda Tofiq Bəhramov adına Respublika stadionunda yüngül atletika üzrə Avropa birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, atletlərin rahatlığı üçün stadion rəhbərliyi tribunanın bəzi sektorlarında bəzi ön oturacaqları yığışdırmağa qərar verib.
Lakin bu dəyişiklik mayın 22-də keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçının bu arenada baş tutmasına heç bir təsir göstərməyəcək.
