28 mart 2014 12:40
Akif İsmayılov: Qarabağın mümkün gedişi stadionumuzda əksini tapmayacaq
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov azerisport.az saytına açıqlamasında “Qarabağ” futbol klubunun Tofiq İsmayılov adına stadiona mümkün gedişinə münasibət bildirib:
“Bu barədə mənə hələlik heç nə deyilməyib. Ancaq mən əminəm ki, “Qarabağ”ın mümkün gedişi stadionumuzda əksini tapmayacaq və stadion istənilən səviyyəli yarışları qəbul etməyə hazır olacaq. Həmçinin, istənilən digər klub stadionumuzda öz oyunlarını keçirə bilər”.
Xatırladaq ki, bir müddət əvvəl “Qarabağ” futbol klubu rəhbərliyinin təmsilçisi qismində Əmrah Çelikel klubun yeni arenaya köçəcəyi ilə bağlı saytımıza açıqlama vermişdi.
