28 mart 2014 00:05

Bölgələri futbola həsrət qoyan tur

Bu həftə Topaz Premyer Liqasında 4-cü dövrəyə start veriləcək. Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək turun 4 görüşü Bakıda, digəri Sumqayıtda baş tutacaq. 

Həftənin mərkəzi oyununda mükafatlar uğrunda mübarizə aparan Qarabağla Qəbələ görüşəcək. Neftçi və Xəzər Lənkəran arasında Böyük oyun isə həmin görüşün kölgəsində qalıb.

Tura Sumqayıtda start veriləcək. İlk oyun gününün yeganə matçı Sumqayıtla AZAL arasında baş tutacaq. Sumqayıt son 7 qarşılaşmada rəqibinə qalib gələ bilməyib. Bakılılar ardıcıl iki səfər oyununda qol da buraxmayıb. Son yarım ildəki 2 matçda isə bərabərlik qeydə alınıb. Bütövlükdə, əvvəlki 11 oyundan 2-də "Sumqayıt", 4-də "Bakı" qələbə qazanan tərəf olub. Daha 5 matçda isə tərəflər meydanı 1 xalla tərk ediblər. Top fərqində isə AZAL öndədi - 17-12. Komandalar arasında bu mövsüm baş tutan üç oyundan yalnız birində qalib müəyyənləşib ki, onda da AZAL minimal hesabla üstün olub. İkinci dövrədə Sumqayıtda keçirilən görüşdə hesab açılmayıbsa, Şüvəlandakı son qarşılaşma isə 2:2 hesabıyla bitib. Medal iddiasını itirən "təyyarəçilər" yeni baş məşqçi Tərlan Əhmədovun gəlişindən sonra hələ xal qazana bilməyib. Əhmədovun debüt oyununda "Bakı"ya (1:2) məğlub olan Şüvəlan klubu turnir cədvəlinin sonuncu pilləsindəki gənclərə qarşı oyunda ilk qələbəsini qazanmaq şansı çoxdu. 

İkinci oyun günündə öncə Bakı Simurqla qarşılaşacaq. Bakının eyniadlı təmsilçisi ardıcıl 6-cı dəfə rəqibini məğlub etməyə çalışacaq. Simurq isə 9 oyunluq qələbə həsrətini bitirmək iddiasındadı. Zaqatala təmsilçisinin səfərdəki hədəfi 1210 günlük qələbəsizliyə son qoymaqdı. Bu klublar arasında əvvəlki görüşlərin 9-da "Bakı" qələbə qazanıbsa, "Simurq"un cəmi 3 belə uğuru var. 7 qarşılaşma isə sülhlə bitib. Elə top fərqində də "zolaqlılar" üstündü - 23-13. Milinko Pantiçin komandası bu rəqibini cari mövsüm səfərdəki oyunlarda 3:0 və 2:0, evdəki qarşılaşmada isə 3:2 hesabıyla məğlub edib. Elə bu dəfə də paytaxt təmsilçisinin qələbə qazanmaq şansı daha çoxdu. Amma Zaqatala klubunun son dövrlərdəki uğurlu çıxışını nəzərə alsaq, "Simurq"un medallara iddialı rəqibini büdrətmək şansının olduğunu demək olar.

Şənbə gününün daha maraqla gözlənilən qarşılaşması Neftçi və Xəzər Lənkəran arasında keçiriləcək. Azərbaycanın iki ən prinsipial rəqibi çempionatda 29-cu dəfə qarşılaşacaq. 10-cu qələbəsinin astanasında olan Neftçi 5 ev oyunudu meydanı qolsuz tərk etmir. Paytaxtdakı son 3 dueldə hər iki komanda qol sevinci yaşayıb. Xəzər Lənkəran Böyük oyunlarda qonaqların 2148 günlük qələbə həsrətinə son qoymağa çalışacaq. Belə ki, 6 ilə yaxındı rəqiblərdən heç biri səfərdə qalib gələ bilmir. Bütövlükdə, geridə qalan oyunlarda "Neftçi" 9, XL 7 qələbəyə sevinib. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində də "Neftçi" öndədi - 30-23. Cari mövsümdə keçirilmiş oyunlara gəlincə, Lənkəranda keçirilmiş oyunlar sülhlə bitib - 0:0 və 2:2. Bakıdakı ilk qarşılaşma isə "ağ-qaralar"ın 4:1 hesablı qələbəsiylə başa çatıb. Mustafa Dənizlinin komandasının son dövrlərdəki uğursuz çıxışını nəzərə alsaq, paytaxt klubu bu derbinin favoritidi. Qonaq komandanın azarkeşlərinin stadiona buraxılmaması da Böyükağa Hacıyevin yetirmələrinin qələbə qazanmaq şansını artıran amillərdən sayıla bilər.

Son oyun günündə iki görüş baş tutacaq. Öncə İnter paytaxt derbisində Rəvanla üz-üzə gələcək. İnter indiyədək Rəvana qarşı keçirdiyi 7 oyunun hamısında qalib gəlib. Onlar son 5 qarşılaşmada 2 və ya daha çox qol vurmağı bacarıb. Top fərqi də "bankirlər"in xeyrinədi - 17:5. Cari mövsümə təsadüf edən 3 görüşdə isə hər iki komanda qol vurub. Bu qarşılaşmalarda "İnter" müvafiq olaraq 5:1, 3:2 və 2:1 hesabıyla qalib gəlib. Kaxaber Sxadadzenin komandasının son turlardakı inamlı çıxışını nəzərə alsaq, meydan sahiblərinin "aslanlar"a yenə xal verməyəcəyini gözləmək olar.

Nəhayət, turun qapanış matçında lider Qarabağ Qəbələ ilə üz-üzə gələcək. Ardıcıl 5 oyunda rəqibinə xal verməyən Qarabağ 17 aydı bu komandaya uduzmur. Ağdam təmsilçisi öz meydanındakı son iki oyunda minimal fərqlə qalib gəlib. Bütövlükdə, "Qarabağ"ın 11, "Qəbələ"nin 5 qələbəsi var. 7 qarşılaşmada sülh qeydə alınıb. Ağdamlıların vurduğu 30 qol qarşılığında "Qəbələ" 21 dəfə fərqlənib. Cari mövsüm baş tutan oyunlarda Qurban Qurbanovun yetirmələri səfərdəki hər iki görüşü 1:0 hesablı qələbəylə başa vurub. Bakıdakı matçda isə bu komanda 4:3 hesabıyla üstün olmuşdu.

Topaz Premyer Liqası, 28-ci tur

28 mart (cümə)

Sumqayıt - AZAL
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Kərim Ağayev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, 15:00.

29 mart (şənbə)

Bakı - Simurq
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı FK-nın təlim-məşq bazasının stadionu, 15:00.

Neftçi - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
Bakı. Bakcell Arena, 17:00.

30 mart (bazar)

İnter - Rəvan
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. Şəfa stadionu, 17:00.

Qarabağ - Qəbələ
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 18:00.

Bombardirlər:
15 - Reynaldo (Qarabağ)
12 - Vaqif Cavadov (İnter)
11 - Daniel Subotiç (Qəbələ)
8 - Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.