28 mart 2014 11:22

Neftçi XL-ə qalib gələcək, Qəbələ Qarabağdan xal qoparacaq

Futbol mütəxəssisi Arif Əsədov TPL-in 28-ci turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını azerisport.az saytı ilə bölüşüb:
Sumqayıt - AZAL
Hər iki komanda ötən turda məğlub olub və yəqin ki, indi qalib gəlməyə çalışacaqlar. Ancaq yarış məqsədlərinin olmadığını nəzərə alsaq, çətin ki, komandaların meydanda təşəbbüsünü görək. Heç-heçə olacağını düşünürəm.
Neftçi - Xəzər Lənkəran
Komandaların hansı vəziyyətdə olması vacib deyil. “Neftçi” və “Xəzər Lənkəran” arasında oyunlar həmişə prinsipialdır. Ancaq çempionluq uğrunda mübarizəni dava etməyə olan meyli nəzərə alsaq, Bakı təmsilçisinə bu dəfə qələbə daha çox vacibdir. “Xəzər Lənkəran” isə öz gücünü yəqin ki, Kubokun yarımfinal görüşləri üçün qoruyacaq. Beləliklə, düşünürəm ki, meydan sahibləri xal itirmək istəyində olmayacaq. “Neftçi”nin qələbəsini təxmin edirəm.
Bakı - Simurq
Meydan sahiblərinin şans daha çoxdur. Paytaxtlılar ilk üçlüyə düşmək uğrunda yarışır. “Simurq”un isə xüsusi turnir iddiası yoxdur. Zaqatala təmsilçisinin son turlarda uğurlu nəticələrinə rəğmən, hesab edirəm ki, “Bakı” qələbəni əldən verməyəcək.
İnter - Rəvan
Son vaxtlar “İnter” inamlı qələbələrə imza atır və yaxşı oyun göstərir. “Rəvan” indi çempionatdakı çıxışını deyil, yəqin ki, Kuboku düşünür. Bankirlər üçün xallar toplamaq vacibdir. “İnter” üstün olacaq.
Qarabağ - Qəbələ
Burada oyunun nəticəsini qabaqcadan bilmək çətindir. “Qəbələ” çempionatdakı son nəticələrini yəqin ki, düzəltmək istəyində olacaq. “Radarlar” Kubokda bu komandalar arasında keçirilmiş oyundakı kimi, ruhən özlərini toplaya bilsələr, bu halda, Ağdam təmsilçisinə qarşı müqavimət göstərə biləcəklər. Bu oyunda “Qarabağ”ın qələbəsi olduğu kimi, heç-heçə də ola bilər. Ancaq mənə elə gəlir ki, heç-heçə olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.