28 mart 2014 21:24
Yunisoğlunun komandası Kahramanmaraşspora qalib gəldi
Bu gün futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 32-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Saşa Yunisoğlunun komandası “Dənizlispor” öz meydanında “Kahramanmaraşspor”la qarşılaşıb.
Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 3:1. Saşanın adı bu qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Hazırda “Dənizlispor” 37 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
