28 mart 2014 17:43
"Qələbə istəyimiz daha çox idi"
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı oyun alındı. AZAL bizim üçün həmişə çətin rəqib olub. Komandaya qələbəyə görə təşəkkür edirəm, sona kimi oynadılar. Azarkeşlər də bizi tək buraxmadılar, komandaya dəstək verdikəri üçün minnətdaram. Məğlub ola da bilərdik. Amma bu gün bizim qələbə istəyimiz daha çox idi”.
