28 mart 2014 17:05
UEFA Dördlər finalı iştirakçıları qarşısında şərt qoydu
UEFA Bakıda keçiriləcək Dördlər finalı iştirakçılarının qarşısında şərt qoyub. Azerisport.az xəbər verir ki, iştirakçılar aprelin 17-ə qədər ilkin təqdimat ərizəsi verməlidirlər.
Genişləndirilmiş siyahıda 20 futbolçunun adını qeyd etmək olar. Son ərizə isə oyunlara bir gün qalmış təsdiqlənməli və siyahıda 14 oyunçu qeyd edilməlidir.
Xatırladaq ki, UEFA Dördlər finalının yarımfinal oyunları aprelin 24-də keçiriləcək. “Araz”, “Barselona” (İspaniya) ilə, “Kayrat” (Qazaxıstan) isə “Dinamo” (Moskva, Rusiya) ilə qarşılaşacaq.
